Qaynar xətt:

(+99450) 247 90 86

Blinken Seula gedib

2025/01/06/1736158878_1736158606.d8eae7a06dd38173e2c65e59d5c5107d1586b40f.jpg

DÜNYA

738

06.01.2025, 15:10

Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən, baş nazirin müavini Çoi Sanq-mok və ABŞ dövlət katibi Antoni Blinken Seulda ikitərəfli alyans və KXDR-i müzakirə etmək üçün danışıqlar aparıblar.

Oxu24.com xəbər verir ki, bu barədə Çoi Sanq Mokun rəhbərlik etdiyi Koreya Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

Çoi Sanq Mok ABŞ-yə “Cənubi Koreya demokratiyasına dəstək və etimad göstərdiyinə” görə təşəkkür edib.